Bəzən bəzi saytlara daxil olarkən internet brovserinizdə DNS_PROBE_FINISHED_NXDOMAIN  xətasını alarsınız. Bu xətanın səbəbi dns ilə əlaqəli bir problemdir. Bu problemin bir neçə həll üsulu var bunlardan bir neçəsi aşağıdakilardır.

 1. VPN söndürün

VPN istifadəsi bəzən bir çox işlərdə köməyinizə çatır ama bəzəndə bu tip problemlərə səbəb ola bilir. Bu səbəbdən VPN bağlantısını kəsib yenidən səhifəni yeniləyin.

2. Brovserinizin çərəzlərini təmizləyin.

Bu problem bəzən brovserinizə ilişib qalır və bu problem aradan qalxmır beləliklə DNS_PROBE_FINISHED_NXDOMAIN xətası aradan qalxmaz brovser çərəzləri təmizləyi yoxlayın. Bunun üçün brovserinizdə Ctrl+H basaraq tarixcənizə daxil olun. Burda Tarixcəni Təmizləyin yazısına daxil olun. Sizdən nələri silməyiniz lazım olacaqınızı seçməyiniz üçün bir pəncərə açılacaq. Burada Cookie və/ sayt məlumatları işarətləyin və Məlumatları Təmizlə  basın.

3. Əmr pəncərəsini istifadə edərək həll.

Windows komputerlərdə Win+R basaraq cmd yazıb Enter basın.  Əmr pəncərəsi açılacaq. Bu pəncərədə aşağıda qeyd olunən əmrləri sırasıyla yazaraq Enter basın.

ipconfig/release
ipconfig/all
ipconfig/flushdns
ipconfig/renew
netsh int ip set dns
netsh winsock reset

4. Chrome Flags ayarını sıfırlamaq

Chrome browserinizin Flags ayarlarını sıfırlayaraq da bu problemi aradan qaldıra bilərsiniz. Bunun üçün Chrome`a     “chrome://flags/”  yazaraq enter basın. Açılan ekranın sağ üst hissəsində  “Reset All ” basın.

Beləliklə bu problem aradan qalxmış olur.

Master.Com.Az