Daha öncələrdə instagramda hesab təsdiqlətmək, mavi təsdiq işarəsi almaq () demək olarki imkansıza yaxın idi.

Ama artıq instagram hərkəs üçün Hesab təsdiqlətmə üçün sorğu göndərmə imkanı tanıdı. İstəyən hərkəs hesab ayarlarından girib sorğu göndərə bilər. Ama əlbəttə hər göndərilən sorğunun qəbul olunacağı, hər hesabın mavi işarəni ()  ala biləcəyi mənasına gəlməz.  Bunun üçün hesabınız müəyyən kriteriyalara uyğun olmağı şərttir.  Daha az izləyici kütləsinə sahib olan vəya aktiv istifadə etməyən hesabların hesabını təsdiqlətməyi ehtimalı mümkünsüzə yaxındır.

İnstagram təsdiq sorğusu göndərmə ()

İlk öndə Apple telefonlar üçün gələn bu ayar artıq bütün smartfonlara gəldi. Bunun üçün İnstagram proqramına daxil olun və bu addımları izləyin:  Settings>Account>Request Verification. Bu Bölmədə sırası ilə 

  • İstifadəçi adı
  • Ad Soyad
  • Hərkəsin sizi tanıdığı ad
  • Hesabınız üçün katrqoriya
  • Hər hansı bir sənəd ( Daha ətraflı )
  • Son olaraq Send basaraq sorğunu göndərmiş oluruq.

         

Beləliklə hesabınızın təsdiqlənməsi üçün sorğu göndərmiş olduq. İndi sadəcə gözləməlisiniz, əğər hesabınız instagram üçün olan kriteriyalara  uyğun olarsa hesabınız təsdiqlənəcək və istifadəçi adınızın qarşısına mavi təsdiq işarəsi () gələcək.

İnstagramda hesabınız təsdiqlənməsi gözəl birşey olsada bəzi insanların diqqətini çəkər və hesabınızın ələ keçirmək istəyənlərin sayı çoxalar, bu nöqtədə hesabınızı daha güvənli qorumağınız lazımdır. Hesabınızın oğurlanması səbəblərindən ən çox ehtimalı olan şifrənizi birinin tapması və hesabı ələ keçirməsidir. Bunun üçün hesabınıza daha güvənli şifrə seçmək sizin üçün daha uyğun olar. Bu mövzuda sizə kömək olabilən Bu mövzuya baxa bilərsiniz  Təhlükəsiz şifrə seçmə metodları.   və ya saytımızda yerləşən şifrə yaratma sistemi tərəfindən yaradılmış bir şifrədən istifadə edə bilərsiniz.