SSL  (Secure Socket Layer)

Secure Socket Layer ümumilikdə iki əməliyyat icra edərək saytınızı qoruyur. Birinci Public Key istifadəçilər tərəfindən göndərilən məlumatları şifrələyərək  məlumatları serverinizə göndərir bu şifrələnmiş məlumatlar sadəcə sizin serverinizdə olan açar sayəsində açıla bilər . İkinci hissə olan  Private key  serverinizdə olan açar sayəsində məlumatlar doğru şəkildə oxunur. Server və istifadəçi arasındaki məlumatları şifrələyərək məlumatların transferi zamanı 3 cü şəxs tərəfindən oxunmasına mane olur.  Bu səbəbdən veb saytlar istifadə zamanı SSL Serfilatı vacibdir.


cPanel istifadə edərək pulsuz serfikat alma.

Veb sayınızın hosting şirkəti hosting idarəetməsi olaraq cPanel istifadə edirsə asanlıqla cPanel üzərindən veb saytınız üçün pulsuz şəkildə Serfikat əldə edə bilərsiniz.  Bunun üçün veb saytınızın cPanel bölməsinə daxil olun.  Security  pəncərəsindən  Let’s Encrypt™ SSL  bölməsinə daxil olun.

ssl

Issue a new certificate  yazısı altında sizin domain çıxacaq və qarşısında  Issue düyməsinə basıb  açılan pəncərədə sol alta olan Issue  düyməsinə basaraq saytınız üçün SSL  Serfikatını aktiv edə bilərsiniz. 

 

ssl

ssl


SSL For Free ilə pulsuz serfikat almaq.

Bu veb sayt sayəsində asanlıqla pulsuz şəkildə bir serfikat əldə edə bilərsiniz. İlk olaraq SSL For Free  saytına daxil olun. Enter website to secure bölməsinə saytınızın domani adresini yazaraq Create Free SSL Certificate düyməsinə basın. Açılan səhifədən sizin özünüzə hesab yaratmağınız lazımdır bunun üçün  E-poçt və şifrə daxil etməlisiniz. E-poçt sizə aid olan bir adres olmalıdı çünki sayt tərəfindən  sizə aktivasiya mesajı göndəriləcək.  Qeydiyyatı tamamladıqdan sonra idarə etmə panelinə daxil olursunuz (Domains) . 

 

Siz serfikatın müddətini seçməlisiniz, pulsuz olan 90 günlük müddətdən istifadə edə və ya Pro satın alaraq 1 il müddətində sertifikata sahib ola bilərsniz.  Next Step düyməsini basın və növbəti addıma keçin. 

Next Step düyməsini basın və növbəti addıma keçin. 

Ən son bölmə olan Finalize Your Order sizdən serfikat seçməyiniz tələb olunur, burada siz Free  olanı seçib Next Step basaraq ən son hissəyə keçirsiniz.

Yuxarıda göstəilmiş addımıda keçdikdən sonra artıq siz tamamlamış olursunuz.  Və sertifikatınız hazır olmuş olur son olaraq bir təsdiqləmə addımınıda keçməlisiniz.

Burada siz domain adresinizin həqiqətən sizə aid olduğunu təsdiqləməyiniz üçün bir neçə üsuldan birini seçərək saytınızın doğrulamasını tamamlaya bilərsiniz. Ən son olaraq sizə verilən sertifikatı saytınızda aktivləşdirə bilərsiniz. 

Bunlarla yanaşı daha çox saya biləcəyimiz üsullarla siz veb saytınız üçün pulsuz serfikat əldə edə bilərsiniz bunun üçün sadəcə Google üzərində kiçik bir araşdırma etməyiniz kifayətdir.

 

Mənbə : Master.Com.Az