HTTPS

Veb saytlar üçün SSL sertifikat vacib olduğundan demək olarki hər veb saytın  sertifikat istifadə etməyi şərttir. Veb saytınız üçün SSL sertifikatı aldıqdan sonra vacib olan bir nöqtə isə saytınıza daxil olanları  HTTP`ni   HTTPS-ə yönləndirməkdir.

SSL nədir və veb saytınız üçün SSL Sertifikatı necə ala biləcəyiniz haqqında ətraflı olaraq bu mövzuda məlumat mövcuddur. SSL nədir? Veb saytınız üçün pulsuz SSL sertifikat almaq.

WordPress saytları üçün HTTPS yönləndirmə.

Bir çox mövzuda olduğu kimi bu mövzudada WordPress istifadə edən saytlar bunu qısa və asan formada edə bilər. Bunun üçün WordPress saytınızın admin panelinə daxil olun. Qoşmalar > Yeni qoşma əlavə et > Really Simple SSL   

Bu qoşma sayəsində siz kod yazmadan qısa zamanda saytınıza gələn istifadəçiləri HTTPS adresinə yönləndirə bilərsiniz.  Bu qoşmanı admin panelini istifadə edərək yukləyib aktivləşdirin.

Qoşmanı aktivləşdirdikdən sonra ekrana gələn Go ahead, activate SSL!  yazısına basın. Sonra Parametrlər > SSL  ayarı altında olan WordPress 301 redirect enabled  parametrini aktivləşdirməyiniz lazımdır, bunun üçün qarşısında olan  Enable yazısına basmağınız kifayəttir.   

Videolu şəkildə burdan baxa bilərsiniz

.htaccess vasitəsi ilə HTTP-dən HTTPS-ə

.htacces ilə edilən yönləndirmə WordPress və WordPress  olmayan bütün saytlarda istifadə etmək mümkündür. Bunun üçün .htacces faylınıza qısa bir kod əlavə etmək kifayəttir. Bu faylı ftp proqramı və ya Cpanel vasitəsi ilə redaktə edə bilərsiniz.

Qeyd: Aşağıdaki kodda qeyd olunmuş saytı öz saytınız ilə dəyişdirin.

RewriteEngine On
RewriteCond %{SERVER_PORT} 80
RewriteRule ^(.*)$ https://www.saytadiniz.com/$1 [R,L]