WordPress dünyanın ən inkişaf etmiş veb məzmun menecerlərindən biridir. Ancaq ən inkişaf etmiş sistemlərdə işləyərkən də xətalarla qarşılaşmaq mümkündür. Münaqişələr səbəbindən səhvlərə daha çox rast gələcəksiniz, xüsusən də mövzularda və plaginlərdə kodlaşdırırsınızsa. Ümumi WordPress xətaları və sizin üçün həll yolları olan bir WordPress kitabçası hazırladım.

WordPress ən çox qarşılaşılan xətalarından bir neçəsi.

  • Max execution time
  • WordPress Admin paneli xətası
  • Error creating database connection
  • upload_max_filesize

 

Max execution time xətası

WordPress bu xətanı  alırsınızsa script üçün ayrılmış vaxtdan daha gec yükləndiyini göstərir deməkdir. Bu xətanın həlli bu ayrılmış vaxtı biraz artırmaqdır. Bunun üçün saytınızın fayllarının olduğu qovluqda .htaccess faylına aşağıdaki kodu əlavə etmək lazımdır.

php_value max_execution_time 60

Burda biz script üçün ayrılmış vaxtı 60 saniyə olaraq ayarlamış olduq. Bunu xəta aradan qalxmasa artıra bilərsiniz.


 

WordPress Admin paneli xətası

WordPress admin panelə daxil olarkən şifrəniz doğru olsada şifrə yalnışdır yazması və ya  cannot login xətasını almanız  mümkündür. Bu xətanın həll yolu daha əvvəl yazdığım bir mövzuda daha ətraflı məlumat mövcuddur.

Yazı: WordPress şifrəsini phpMyAdmin istifadə edərək dəyişmək.


 

Error creating database connection xətası

Bu xətanın səbəbi saytınız məlumat bazası ilə sağlam əlaqə yarada bilmir deməkdir. Bu xətanın həllinin 2 yolu var.

1) Saytınızın fayllarının içərisinən wp-config.php tapın aşağıdaki kodu əlavə edin.

define(‘WP_ALLOW_REPAIR’, true);

Daha sonra http://saytınız.com/wp-admin/maint/repair.php adresinə daxil olub repair database basın. Bunu ettikdən sonra saytınıza təkrar daxil olun. Problem hələdə davam edirsə ikinci həll yoluna keçin. wp-config.php faylına əlavə ettiyiniz kodu silməyi unutmayın.

2) wp-config.php faylını təkrar açın, faylın içərisində veri bazası məlumatlarının dəqiqliyini yoxlayın. Hərşey doğrudursa Cpanel istifadə edərək Mysql baza şifrənizi dəyişdirib yeni şifrənizlə əvəz edin.

Probleminiz hələdə davam edirsə hosting provayderinizlə əlaqə saxlayın.


 

Max upload file size

Qoşma, Tema və ya hər hansı media faylı yükləyərkən ” Yükləmək istədiyiniz bu fayl sayt üçün müəyyən edilmiş maksimum fayl ölçüsündən çoxdur. ” Yazısı ilə qarşılaşaqsınız. Bu xəta nın həlli saytınız üçün göstərilən makimum fayl ölçü limitini artırmaqdır. Bunun 2 yolu var.

1) Increase Maximum Upload File Size qoşması ilə.

Qoşmanı yükləyib aktivləşdirdikdən sonra qoşmanın idarə etmə ayarlarına girib Enter Value İn Number yazılan yerə istədiyiniz ölçünü byte olaraq yazın.

 2)  .htaccess faylından istifadə edərək.                                                                              Saytınızın ana qovluğunun içərisində .htaccess faylı mövcuddur. .htaccess faylını açaraq içinə aşağıdaki kodu əlavə edərək bu xətanı aradan qaldıra bilərsiniz.

php_value upload_max_filesize 64M